...

Azərbaycanın qara metal idxal və ixracı azalıb

İqtisadiyyat Materials 21 Noyabr 2025 13:22 (UTC +04:00)
Azərbaycanın qara metal idxal və ixracı azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan 76,2 milyon ABŞ dolları dəyərində 74,1 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, sözügedən məmulatların ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 631 min ABŞ dolları və ya 0,8%, həcm baxımından isə 10,2 min ton və yaxud 12,1% azalıb.

Hesabat dövründə qara metallar və onlardan hazırlanan məmulatların ümumi ixracda xüsusi çəkisi 0,35%, qeyri-neft sektoru üzrə xüsusi çəkisi isə 2,55% təşkil edib.

Eyni zamanda 2025-ci ilin ilk 10 ayında Azərbaycana 923,8 milyon ABŞ dolları dəyərində 768,2 min ton qara metallar və onlardan hazırlanan məmulatlar idxal edilib. Bu isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 54,4 milyon ABŞ dolları və ya 5,6%, həcm baxımından isə 85,8 min ton və ya 10% azalma deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti