...

Ermənistanda Gümrü merinə qarşı yeni ittiham irəli sürülüb

Dünya xəbərləri Materials 21 Noyabr 2025 12:54 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın İstintaq Komitəsi rüşvət almaqda təqsirləndirilən Gümrü şəhər meri Vardan Qukasyana qarşı yeni ittiham irəli sürüb.

Trend bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.

Məlumata görə, bir müddət əvvəl həbs olunmuş mer informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə bir qrup şəxs tərəfindən törədilmiş xuliqanlıqda ittiham olunur. Həmin ittiham üzrə eyni zamanda Qukasyanın oğlu – Spartak Qukasyan həbs olunub.

“İki şəxs barəsində aparılan cinayət işinin ilkin istintaqı zamanı Ermənistan CM-in 297-ci maddəsinin 2-ci hissəsinin 1 və 3-cü bəndləri üzrə (mer informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə bir qrup şəxs tərəfindən törədilmiş xuliqanlıq) cinayət işi başlanıb”, – Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti