Bakı. Trend:
Avropa üzrə təxminən 1 milyard avro dəyərində oğurlanmış artefaktların qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar şəbəkə ifşa olunub.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə,əməliyyatlar Avropanın yeddi ölkəsinin hüquq mühafizə orqanları arasında əlaqələndirilmiş şəkildə həyata keçirilib. Azı 35 nəfər həbs olunub və 3000-dən çox əşya müsadirə olunub.
Qeyd edilir ki, əməliyyat çərçivəsində yeddi ölkədə 131 sayda daşınmaz əmlaka, nəqliyyat vasitələrinə və bank seyflərinə baxış keçirilib.
Polis əməkdaşları 3 000-dən çox artefakt, o cümlədən qədim qızıl və gümüş sikkələr, həmçinin ümumi dəyəri 100 milyon avrodan çox olan digər antik əşyalar müsadirə ediblər.
Bundan əlavə, hüquq-mühafizə orqanları sənət əsərlərini, silahları, sənədləri, elektron qurğuları, böyük məbləğdə nağd pulu və qızıl külçələrini də ələ keçiriblər.
