Bakı. Trend:
Azərbaycanlı MMA idmançısı Vüqar Kərəmov növbəti döyüşünə 31 dekabr 2025-ci ildə Yaponiyada təşkil olunması nəzərdə tutulan RIZIN turnirində çıxacaq.
Trend-in məlumatına görə, Kərəmovun bu dəfəki rəqibi braziliyalı Kleber Koyke olacaq.
Vüqar Kərəmov son dəfə iyun ayında oktaqona çıxmış və qalibiyyət seriyasını davam etdirərək yapon idmançısı Şii Kimuranı məğlub etmişdi.