...

Qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-də payı 2029-cu ildə 13%-ə endirilməsi hədəflənir – Nazir

İqtisadiyyat Materials 21 Noyabr 2025 13:08 (UTC +04:00)
Qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-də payı 2029-cu ildə 13%-ə endirilməsi hədəflənir – Nazir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Son 5 ildə Azərbaycanın qeyri-neft ÜDM-i nominal ifadədə 63 %, real ifadədə isə 34 % artıb.

Trend xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü plenar iclasında Vergi Məcəlləsi və bir sıra qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, 2026-cı il üçün qeyri-neft vergilərinin qeyri-neft ÜDM-də payı cəmi 13,1 % təşkil edəcək.

“Ümumilikdə, iqtisadiyyat üzrə vergi yükü 15-19 %, qeyri-neft sektoru üzrə isə 13 % səviyyəsindədir. Bu, regionda ən aşağı vergi yükü göstəricilərindən biridir.

2026-cı ildə dövlət büdcəsinin gəlirlərinin 57 %-i, icmal büdcənin gəlirlərinin isə 63 %-i qeyri-neft sektorundan təmin olunacaq.

Qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-də payı 19 %-ə endiriləcək və bu göstəricinin 2029-cu ilə qədər 13 %-ə salınması hədəflənir.

Büdcənin cari xərclərinin qeyri-neft gəlirləri ilə ödənilməsi səviyyəsi gələn il 88%-ə çatacaq və bu göstəricinin 2029-cu ilə qədər 100 %-ə çatdırılması planlaşdırılır”, - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti