...

Vyetnamda güclü yağış səbəbindən ölənlərin sayı 41-ə çatıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 20 Noyabr 2025 21:07 (UTC +04:00)
Vyetnamda güclü yağış səbəbindən ölənlərin sayı 41-ə çatıb (YENİLƏNİB)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Vyetnamın mərkəzi bölgəsində yağan güclü yağışlar, eləcə də onların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində 41 nəfər həlak olub, daha 9 nəfər isə itkin düşmüş hesab olunur.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, 52 000-dən çox ev su altında qalıb. Bundan başqa 30 700-dən çox heyvan və quş seldə itib.

21:07

xxx

Vyetnamın mərkəzi bölgəsində yağan güclü yağışlar, eləcə də onların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 26 nəfər həlak olub, daha 9 nəfər isə itkin düşmüş hesab olunur.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata əsasən, təbii fəlakət 16–20 noyabr tarixləri arasında insan itkisi və dağıntı baxımından ən çox Daklak və Xanxoа əyalətlərinə ziyan vurub.

15:48

xxx

Vyetnamın mərkəzi bölgəsində leysan yağışlaırn səbəb olduğu daşqınlar və torpaq sürüşmələrindən bir həftə ərzində ölənlərin sayı 16 nəfərə çatıb.

Trend bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Məlumata görə, çaylarda su səviyyəsi qalxdığından ətraf kənd və qəsəbələr su altında qalıb. Son üç gündə Vyetnamın bəzi mərkəzi rayonlarına düşən yağıntının səviyyəsi 1500 millimetri keçir.

Sellər və torpaq sürüşmələri nəticəsində beş nəfər itkin düşüb, hökumətin fövqəladə hallar üzrə idarəetmə agentliyinin hesabatına görə 43 000-dən çox ev və 10 000 hektardan artıq əkin sahəsi su altında qalıb.

Hökumətin məlumatına əsasən, elektrik şəbəkələrinin zədələnməsi səbəbindən 553 000-dən çox ailə və biznes hələ də işıqsız qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti