...

2025-ci ilin sentyabrında Azərbaycan Türkiyənin ikinci ən böyük qaz tədarükçüsü olub

Energetika Materials 21 Noyabr 2025 09:49 (UTC +04:00)
2025-ci ilin sentyabrında Azərbaycan Türkiyənin ikinci ən böyük qaz tədarükçüsü olub
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan 2025-ci ilin sentyabr ayında Türkiyənin üç ən böyük təbii qaz tədarükçüsü sırasında mövqeyini qoruyub saxlayıb.

Trend bu barədə Türkiyənin Enerji Bazarının Tənzimlənməsi İdarəsinə (EPDK) istinadən xəbər verir.

Hesabat dövründə Türkiyə Azərbaycandan 958,25 milyon kubmetr təbii qaz idxal edib ki, bu da 2024-cü ilin sentyabr ayı ilə müqayisədə 7,44 faiz azdır.

Bununla belə, Azərbaycan Türkiyəyə boru kəməri ilə qaz tədarük edən ölkələr arasında ikinci yeri tutub və aylıq tədarük həcminə görə İran İslam Respublikasını qabaqlayaraq yalnız Rusiya Federasiyasından geri qalıb.

Həmin dövrdə Türkiyə İran İslam Respublikasından 807,41 milyon kubmetr təbii qaz idxal edib ki, bu da ötən ilin eyni ayındakı 510,95 milyon kubmetrlə müqayisədə 58,02 faiz çoxdur. Rusiya Federasiyası isə ən böyük tədarükçü statusunu qoruyub saxlayaraq sentyabr ayında 1,447 milyard kubmetrdən çox təbii qaz ixrac edib. Ötən ilin analoji dövründə bu göstərici 1,446 milyard kubmetrdən çox olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti