Bakı. Trend:
A-Qroup rəqəmsal xidmətləri inkişaf etdirməyə davam edir və sığortanı daha əlçatan və müasir edir. A-Qroup rəqəmsal xidmətlərini inkişaf etdirməkdə davam edir, sığortanı daha əlçatan və müasir edir. Şirkətin “A-Group Mobile Concierge” mobil tətbiqinə yeni funksiya — DrOn telesəhiyyə xidməti inteqrasiya edilib. Sığorta paketinə bu xidmət daxil olan sığortalı şəxslər mobil tətbiq vasitəsilə birbaşa ona daxil ola bilərlər. Əgər DrOn telesəhiyyə xidməti mövcud sığorta paketinə daxil deyilsə, sığortalı şəxslər onu əlavə olaraq almaq seçiminə malikdirlər.
A-Qroup sığorta şirkətindən DrOn xidmətini əldə edən müştərilərə
telefon, videozəng və ya çat vasitəsilə 30 dəqiqəyədək
onlayn-konsultasiyalar təqdim olunur. Xidmətə ümumi təcrübəli
həkimlərlə yanaşı, müxtəlif ixtisaslar üzrə mütəxəssislər də
daxildir: endokrinoloq, ginekoloq, dermatoloq, nevropatoloq və
s.
Bundan əlavə, DrOn paketinə psixoloq məsləhətləri də daxildir ki,
bu da zərurət yarandıqda peşəkar psixoloji dəstəyin alınmasına
imkan verir. DrOn növbətçi həkimi ilə əlaqə gecə saatlarında belə
aktivdir.
DrOn mütəxəssisləri, beynəlxalq müayinə standartları və müalicə protokollarına əsaslanaraq, lazım olan müayinələrin təyin edilməsi və sonrakı terapiya üzrə konsultativ dəstək göstərirlər. Zərurət yarandıqda isə, Təcili Tibbi Yardım briqadası gələnədək ilkin tibbi yardımın göstərilməsi ilə bağlı tövsiyələr verirlər.
Telesəhiyyə — özünüzə və yaxınlarınıza qayğı göstərməyin sürətli, rahat və təhlükəsiz yoludur. “A-Group Mobile Concierge” mobil tətbiqində bir toxunuş kifayətdir ki, Sığortalı DrOn həkimlərindən cavab ala bilsin.
A-Qroup şirkəti hər zaman müştərilərinə yaxın olmağa çalışır — təkcə klinikalarda deyil, həm də onlayn. A-Qroup — bir toxunuşla əlçatan qayğı.
Xatırlatmaq istərdik ki, A-Qroup sığorta şirkəti 30 ildir ki, müştərilərinin qayğısına qalan və onlara beynəlxalq standartlara cavab verən xidmət göstərən şirkətdir