Bakı. Trend:
İndoneziya hökuməti Semeru vulkanını püskürməsindən sonra onun yamacında çıxılmaz vəziyyətdə qalmış 170 alpinisti təxli edib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, alpinistlər vulkanın kraterindən təxminən 6,4 km məsafədə yerləşən baza düşərgəsində gecələməyə məcbur olublar. Xilasedicilər onların təhlükəsiz yerə köçürülməsini təmin edib.
Xilasetmə qrupları eyni zamanda, vulkanın yaxınlığında yaşayan 956 sakini də təxliyə edib.
Onlar müvəqqəti olaraq məktəblərdə, məscidlərdə və dövlət müəssisələrində yerləşdiriliblər.
