...

Azərbaycana edilən hər 100 kiberhücumundan 12-si bankları hədəfləyir - "Mastercard"

İqtisadiyyat Materials 20 Noyabr 2025 10:56 (UTC +04:00)
Azərbaycana edilən hər 100 kiberhücumundan 12-si bankları hədəfləyir - "Mastercard"
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Qlobal trendlərə uyğun olaraq Azərbaycanda da ən çox kibertəhlükə ilə üzləşən üç sektor maliyyə qurumları, dövlət sektoru və texnologiya sahəsidir. Ölkəyə yönələn hər 100 kiberhücumdan 12-si məhz maliyyə təşkilatlarını hədəfə alır.

Trend xəbər verir ki, bunu "Mastercard"ın vitse-prezidenti Reşat Kökçən bu gün Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunun ikinci günündə deyib.

Onun sözlərinə görə, hücumların məqsədi işin davamlılığını pozmaq, kritik məlumatlara çıxış əldə etmək və həmin məlumatlardan sui-istifadə edərək maliyyə qazancı əldə etməkdir: "Mastercard"ın kibertəhlükəsizlik üzrə ixtisaslaşmış məsləhət komandaları Azərbaycandakı banklarla da müxtəlif layihələr həyata keçirib. Şirkət həmçinin yeni təqdim etdiyi “Mastercard Threat Intelligence” məhsulunun artıq Azərbaycan bankları üçün əlçatan olduğunu açıqlayıb. Məhsul "Dark Web" və "Deep Web"də satılan kartları monitorinq edir, kartların Mastercard ekosistemindəki hərəkət izlərini təhlil edir və fırıldaqçılıq risklərini banklara əvvəlcədən bildirməyi hədəfləyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti