...

Azərbaycanın 3x3 qadın basketbol millisi qızıl medal qazanıb

İdman Materials 19 Noyabr 2025 21:30 (UTC +04:00)
Azərbaycanın 3x3 qadın basketbol millisi qızıl medal qazanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal əldə edib.

Trend xəbər verir ki, yığma final qarşılaşmasında Türkiyəni 21:13 hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Komanda bundan əvvəl yarımfinal mərhələsində Misir yığmasını 22:15 hesabı ilə üstələyib.

Xəbər lenti

Xəbər lenti