...

Süni intellekt vasitəsilə insan düşüncələri oxunub - İnqilabi yenilik

Dünya xəbərləri Materials 19 Noyabr 2025 17:57 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

MRT əsasında yeni rəqəmsal zehin oxuma texnologiyası yaradılıb.

Trend xarici KİV-ə istinadla xəbər verir ki, “Zehnin altyazısı” adlanan bu metod, insanın beyin fəaliyyətini yüksək dəqiqliklə analiz edərək, insanın gördüklərini və ya xatırladıqlarını cümlələr şəklində yenidən qura bilir.

Tədqiqatçılar bu metodun xüsusilə iflic olmuş və ya nitq pozuntusu olan insanların ünsiyyət qurmasına kömək edə biləcəyini deyirlər. Bu sistem, əvvəlki cəhdlərlə müqayisədə inqilabi addım hesab olunur. Əvvəllər yalnız tək sözlər əldə oluna bildiyi halda, bu üsulla artıq bütöv cümlələr əldə etmək mümkündür.

Altı nəfər üzərində sınaqdan keçirilən bu qeyri- invaziv metod gözlənilməz dərəcədə dəqiq nəticələr versə də, süni intellektin şəxsi düşüncələrə, hisslərə və sağlamlıq məlumatlarına çıxış imkanı yaratması, mütəxəssislər arasında etik narahatlıqlara səbəb olub.

Hazırda sistemin nəzarət və ya manipulyasiya məqsədilə istifadə olunması riski müzakirə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti