...

Bu il neçə müəssisədə rentgen kabinetlərinin fəaliyyətinin dayandırıldığı açıqlanıb

Cəmiyyət Materials 19 Noyabr 2025 14:18 (UTC +04:00)
Bu il neçə müəssisədə rentgen kabinetlərinin fəaliyyətinin dayandırıldığı açıqlanıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin ötən dövrü ərzində 7 tibb müəssisəsində (3-ü regionda, 4-ü Bakıda) rentgen kabinetlərinin fəaliyyəti dayandırılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, 2 müəssisədə rentgen kabinetlərinin fəaliyyəti bərpa edilib.

Qeyd edək ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bağlanmış rentgen kabinetlərinin ilin sonuna qədər bərpa edilib istifadəyə veriləcəyini bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti