...

Son illər Türk dövlətlərinin Qızıl Aypara Cəmiyyətləri arasında əməkdaşlıq daha da intensivləşib - Novruz Aslan

Cəmiyyət Materials 19 Noyabr 2025 11:17 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə Türk Qızılayının COVID-19 pandemiyası və II Qarabağ müharibəsi dövründə, həmçinin Türkiyədə baş vermiş zəlzələ zamanı nümayiş etdirdiyi əməkdaşlıq, türk dünyasının humanitar harmoniyasının ən parlaq nümunələrindən biri olub.

Trend xəbər verir ki, bu fikirləri bu gün Bakıda keçirilən TDT-yə üzv dövlətlərin Qızıl Aypara Şəbəkəsinin rəhbərlərinin iclasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslan deyib.

O bildirib ki, Türk Qızılayı ilə birgə fəaliyyətimiz təkcə yardımların miqdarı ilə deyil, həm də Türk dünyasının humanitar harmoniyasının strateji dayağıdır:

“Bu əməkdaşlıq göstərdi ki, təbii fəlakət, müharibə və ya pandemiya kimi sınaqlar qarşısında türk xalqları bir-birinə təkcə coğrafi yaxınlığı deyil, həm də humanist dəyərləri və mənəvi bağlarla bağlıdır”.

N.Aslan əlavə edib ki, son illərdə Türk dövlətlərinin Qızıl Aypara Cəmiyyətləri arasında əməkdaşlıq daha da intensivləşib. Xüsusilə, birgə humanitar təlimlər, fövqəladə hallarda qarşılıqlı yardım mexanizmləri, təcrübə mübadiləsi və könüllülərin birgə layihələrdə iştirak istiqamətində çoxsaylı işlər görülüb.

O həmçinin vurğulayıb ki, bu il Azərbaycan Qızıl Apara cəmiyyətinin 105 illiyi tamam olub.

“Qızıl Aypara Cəmiyyətləri Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Macarıstan və Kirpr Milli Cəmiyyətlərinin birgə fəaliyyəti humanitar diplomatiyanın formalaşmasına zəmin yaradır”,- deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti