...

TAP üzrə əlavə qaz həcmlərinin tədarükü üçün hədəf bazarlar açıqlandı

Energetika Materials 19 Noyabr 2025 17:26 (UTC +04:00)
TAP üzrə əlavə qaz həcmlərinin tədarükü üçün hədəf bazarlar açıqlandı
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2021-ci il bazar testinin nəticələrinə əsasən, 2026-cı ildən başlayaraq TAP-ın uzunmüddətli ötürücülük gücü illik 1,2 milyard kubmetr artırılacaq. Bu həcmin1,04 milyard kubmetri İtaliya, 0,16 milyard kubmetri isə Albaniyaya tədarük üçün bron edilib.

Bunu Trend-ə TAP direktorlar şurasının sədri Murad Heydərov TAP-ın kommersiya istismarının beşilliyi münasibətilə verdiyi özəl müsahibədə bildirib.

Murad Heydərov bildirib ki, illik 10 milyard kubmetr olan uzunmüddətli ötürücülük gücü mərhələli şəkildə 20 milyard kubmetrdəndən yüksək səviyəyə çatdırıla bilər.

“Genişlənmə imkanları hər iki ildən bir keçirilən, tənzimlənən bazar testləri çərçivəsində bazara təqdim olunur. 2021-ci il bazar testi üzrə öhdəliklərə uyğun olaraq, TAP Yunanıstanın Kipoy kompressor stansiyasında genişlənmənin birinci mərhələsinə aid layihə işlərini başa çatdırıb. Bu, 2026-cı il yanvarın 1-dən etibarən əlavə 1,2 milyard kubmetr uzunmüddətli gücün təqdim edilməsinə imkan verəcək.

2024-cü ilin yanvarında başlanan genişlənmə işləri təhlükəsiz şəkildə, vaxtından əvvəl və büdcə çərçivəsində başa çatdırılıb, qaz nəqlində heç bir fasilə yaranmayıb. Bu, TAP-ın operativ peşəkarlığının göstəricisidir. Genişlənmə çərçivəsində, Türkiyə–Yunanıstan sərhədi yaxınlığındakı Kipoy stansiyasında gücü 15 MVt olan yeni kompressor qurğusu quraşdırılıb”, – deyə o izah edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti