Bakı. Trend:
Bu gün Məlumat Emalı Mərkəzləri (Data Centerlər) texnologiya dünyasının ən dinamik və strateji sahələrindən birinə çevrilib. Bu sahənin aktuallığı nəzərə alınaraq, bir çox aparıcı təşkilat və mütəxəssis müasir tendensiyalar, yeniliklər və sınaqdan keçmiş təcrübələr barədə öz biliklərini ictimaiyyətlə bölüşür, beləliklə, Məlumat Mərkəzlərinin inkişafına və peşəkar bilik mübadiləsinə töhfə verir.
Yeni nəsil texnologiyaların sürətli inkişafı Məlumat Mərkəzlərinin dizaynına, çevikliyinə, işləmə sürətinə və texnoloji seçimlərinə yeni tələblər formalaşdırıb. Artıq bu sahədə düzgün qərarlar vermək müəssisələrin dayanıqlığı və rəqabət qabiliyyəti üçün həlledici amilə çevrilib.
Bu istiqamətdə HyperDC və KARE şirkətləri öz qabaqcıl təcrübələrini və praktiki biliklərini Bakıdakı Məlumat Mərkəzi istifadəçiləri ilə paylaşmaq məqsədilə bir araya gəlir.
Tech Day Baku layihəsi sadəcə bir tədbir deyil — bu, davamlı şəkildə keçiriləcək peşəkar görüşlər silsiləsidir. Hər üç aydan bir baş tutacaq bu sessiyalarda iştirakçılar Məlumat Mərkəzləri sahəsindəki ən son yeniliklər, müasir texnoloji meyillər və real tətbiq həlləri barədə ətraflı məlumat əldə edəcəklər.
Tarix: 26 noyabr 2025-ci il
Vaxt: 14:30 - 18:45
Məkan: Holiday INN Baku Hotel, 5 K.Səfərəliyeva küç., Bakı şəhəri
İlk Tech Day Baku tədbiri çərçivəsində iştirakçılar aşağıdakı əsas mövzular ətrafında fikir və təcrübə mübadiləsi aparacaqlar:
- 2026-cı ildə Məlumat Mərkəzləri
- Konteyner tipli mobil Məlumat Mərkəzləri
- Məlumat Mərkəzlərində sertifikatlaşdırmanın əhəmiyyəti
Tədbirdə iştirak etmək üçün bu sahədə aktual təcrübəyə malik və gələcəkdə məlumat mərkəzi (ÇOX/COD) layihələrinin reallaşdırılmasında maraqlı olan mütəxəssislər dəvət olunur.
ƏLAQƏ MƏLUMATI:
E-poçt: [email protected]
Tel: (994) 70 280 28 60