Bakı.Trend:
2017-ci ildən bu günə qədər Qızıl Ayparada mövcud olan könüllü gəncləri yeni struktur və təşkilati model ilə gücləndirdiyimizdən bütün fəaliyyətlərimizdə gücümüz əhəmiyyətli dərəcədə artıb.
Trend-in məlumatına görə, bu fikirləri bu gün Bakıda keçirilən TDT-yə üzv dövlətlərin Qızıl Aypara Şəbəkəsinin rəhbərlərinin iclasında Türk Qızıl Ayparasının sədri Fatma Meriç Yılmaz deyib.
Sədr qeyd edib ki, biz bir tərəfdən Qızıl Ayparalar Birliyi formalaşdırarkən, digər tərəfdən də gələcəyimizi qurmağa çalışırıq:
"Bu səbəbdən mənim təklifim, istəyim və tövsiyəm odur ki, hər bir Qızıl Aypara cəmiyyəti öz könüllülük sistemini qurub gücləndirsin və dövlət başçıları bir araya gəldiyi zaman Qızıl Aypara rəhbərlərimizi də bir araya gətirək".
O, Aypara könüllülərinin hər il bir dəfə toplaşıb ortaq layihə və fəaliyyətlərini müzakirə etmələrinin əhəmiyyətli olacağını da vurğulayıb.
"Çünki bizim gələcək nəsillərə buraxa biləcəyimiz ən gözəl miras məhz gənclərimizin yetişdirilməsi olacaq", – deyə Yılmaz əlavə edib.
