...

Azərbaycan və Polşa bank assosiasiyaları arasında strateji tərəfdaşlıq gücləndirilib

İqtisadiyyat Materials 19 Noyabr 2025 10:18 (UTC +04:00)
Azərbaycan və Polşa bank assosiasiyaları arasında strateji tərəfdaşlıq gücləndirilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Polşa bank assosiasiyaları arasında strateji tərəfdaşlıq gücləndirilib.

Trend xəbər verir ki, bunu bu gün Polşa Banklar Assosiasiyasının İcraçı vitse-prezidenti Vlodzimierz Kiçinski bu gün Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunda deyib.

Polşalı maliyyəçi çıxışında Azərbaycan Banklar Assosiasiyası ilə Polşa Banklar Assosiasiyası arasında uzunmüddətli strateji əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərin davam etdiyini deyib. Onun sözlərinə görə, iki ölkə arasında mövcud dostluq münasibətləri, uğurlu iqtisadi əməkdaşlıq tarixi və artan ikitərəfli ticarət gələcək əməkdaşlığın daha da möhkəmlənməsi üçün əlverişli şərait yaradır: "Polşa Banklar Assosiasiyası ölkədə fəaliyyət göstərən demək olar bütün bankları təmsil edir. Hazırda Polşada 550 bank mövcuddur. Bunlara 65 kommersiya bankı və kənd təsərrüfatı bölgələrində aktiv fəaliyyət göstərən təxminən 500 kooperativ bank daxildir. Bank sektorunun əsas çağırışları geopolitik proseslər, investisiya həcminin artması və müştəri tələblərinin daha yüksək səviyyədə təmin olunması ilə bağlıdır".

"Polşada özəl və dövlət bankları arasında effektiv əməkdaşlıq mövcuddur. Bank texnologiyaları forumunun fəaliyyəti də sektorda innovativ həllərin tətbiqi baxımından mühüm rol oynayır.

Polşa bank müştərilərinin 50 faizindən çoxu yalnız mobil bankçılıqdan istifadə edir. Ölkənin bank sistemi müasir, effektiv və yüksək kapitallaşmış hesab edilir. Dünyanın 34 rəqəmsal bank lideri arasında 4 Polşa bankının yer alması da bunun göstəricisidir", - Vlodzimierz Kiçinski vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti