...

TAP vasitəsilə qaz nəqli üçün qeydiyyatdan keçmiş şirkətlərin sayı 3-dən 46-a yüksəlib

Energetika Materials 19 Noyabr 2025 17:48 (UTC +04:00)
TAP vasitəsilə qaz nəqli üçün qeydiyyatdan keçmiş şirkətlərin sayı 3-dən 46-a yüksəlib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Son beş ildə TAP vasitəsilə qaz nəqli üçün qeydiyyatdan keçmiş şirkətlərin sayı 3-dən 46-ya yüksəlib.

Bunu TAP direktorlar şurasının sədri Murad Heydərov TAP-ın kommersiya istismarının beşilliyi münasibətilə Trend-ə verdiyi özəl müsahibəsində bildirib.

“Bu şirkətlər böyük Avropa və regional enerji şirkətləri, ticarət qurumları və kommunal müəssisələrdən ibarət geniş bir spektri əhatə edir. Yeni iştirakçıların çoxu Yunanıstan və Bolqarıstanda – TAP-ın bir-biri ilə əlaqələndirdiyi bazarlarda – aktiv fəaliyyət göstərir. Bu isə İtaliya və Qərbi Avropadan Cənub-Şərqi Avropaya yeni qaz axınlarını dəstəkləyir. Müştərilərin məmnunluq səviyyəsi yüksək olaraq qalmaqdadır: son sorğular həm uzunmüddətli tərəfdaşlar, həm də yeni iştirakçılar arasında rəylərin əhəmiyyətli dərəcədə yaxşılaşdığını göstərir”, – deyə o əlavə edib.

Xatırladaq ki, TAP 2020-ci il dekabrın 31-də ilk qaz həcmlərinin nəqlini həyata keçirib. TAP-ın illik ötürücülük qabiliyyəti 10 milyard kubmetr təşkil edir və onun 20 milyard kubmetrə qədər artırılması imkanı nəzərdə tutulub. 2024-cü ilin yanvarında TAP üzrə tədarüklərin 2026-cı ilə qədər əlavə 1,2 milyard kubmetr artırılması təsdiqlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti