...

Gürcüstanda ödəniş və hesab xidmətlərinin inkişafı ilə bağlı yeniliklər açıqlanıb

İqtisadiyyat Materials 19 Noyabr 2025 13:10 (UTC +04:00)
Gürcüstanda ödəniş və hesab xidmətlərinin inkişafı ilə bağlı yeniliklər açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanda ödəniş və hesab xidmətlərinin inkişafı ilə bağlı yeniliklər açıqlanıb.

Trend xəbər verir ki, bu barədə Gürcüstan Banklar Assosiasiyasının Açıq Bankçılıq layihəsinin CEO-su Mixeil Kapanadze bu gün Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunda məlumat verib.

O bildirib ki, artıq ölkədə PSD2 “open banking” standartına uyğun ödəniş təşəbbüsü (PLT 2 tərzi) fəaliyyət göstərir və API-lər pulsuzdur: "Banklararası və beynəlxalq köçürmələr üçün müəyyən tariflər olsa da, API özü pulsuz təqdim olunur. Gələcəkdə ödənişli genişləndirilmiş API-lərin təqdimatı planlaşdırılır ki, bu da bankların əlavə xərcləri qarşılamaq imkanını artıracaq. Hazırda ödəniş hesabı məlumat xidməti pulsuzdur, kredit və depozit hesab məlumatlarının paylaşımı isə ödənişli olacaq".

Maliyyəçi vurğulayıb ki, Gürcüstan banklarında rəqəmsal qeydiyyat (digital onboarding) sistemi böyük maraqla istifadə olunur: "Sistem biometrik yoxlama ilə selfi çəkərək “liveness check” prosedurundan keçməyə imkan verir. Artıq bir bankın müştərisi olan şəxs digər banklarda və qeyri-bank qurumlarda asanlıqla hesab aça bilər.

O həmçinin, “push style” hesab məlumatı xidmətlərinin işlənməkdə olduğunu və yaxın gələcəkdə “request to pay” xidmətinin də təqdim ediləcəyini bildirib.

M. Kapanadze vurğulayıb ki, hazırda ödəniş sistemləri həm eyni bank daxilində, həm Gürcüstan daxilində, həm də xaricdə əməliyyatları əhatə edir: "Ölkədə instant ödəniş sistemi hələ mövcud deyil, amma milli bank bunun üzərində çalışır və sistem hazır olduqda Assosiasiya da onu əhatə edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti