Bakı.Trend:
Bakıda Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlərin Qızıl Aypara Şəbəkəsinin rəhbərlərinin iclası keçirilir.
Trend xəbər verir ki, şəbəkənin üzvləri olan Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan respublikalarının Qızıl Aypara Cəmiyyətləri ilə yanaşı, müşahidəçi qismində Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti Qızıl Aypara Cəmiyyətlərinin rəhbərləri iştirak edirlər.
Tədbirə Türkmənistan və Şimali Kipr Qızıl Cəmiyyətləri müşahidə qismində qatılıblar.
Toplantının əsas məqsədi TQŞ-in 2025-ci il üzrə fəaliyyətlərinin geniş təhlilinin aparılması, üzv Milli Cəmiyyətlər arasında humanitar sahədə əməkdaşlıq istiqamətində əldə olunmuş nəticələrin dəyərləndirilməsi və 2026-cı il üçün Fəaliyyət Planının formalaşdırılmasıdır.
Tədbir, üzv Milli Cəmiyyətlər arasında qarşılıqlı əməkdaşlıq və həmrəyliyi təsdiq edən Türk Qızıl Aypara Şəbəkəsi Bəyannaməsinin imzalanması ilə yekunlaşacaq.
Qeyd edək ki, ötən il Bişkek şəhərində keçirilmiş görüş zamanı Türk dövlətlərinin Qızıl Aypara Cəmiyyətlərinin qərarı ilə “Qırmızı Şəbəkə” platforması təsis olunmuş və sədrlik Qırğızıstan Qızıl Aypara Cəmiyyəti tərəfindən həyata keçirilmişdir. Bu il baş tutan növbəti görüşdə sədrlik Azərbaycan Qızıl Aypara Cəmiyyətinə keçib.
Xəbər yenilənəcək
