...

Müəllimlərin kəndlərə getməsi üçün diqqəti cəlb edən güzəştlərə ehtiyac var – Komitə sədri

Cəmiyyət Materials 19 Noyabr 2025 17:23 (UTC +04:00)
Müəllimlərin kəndlərə getməsi üçün diqqəti cəlb edən güzəştlərə ehtiyac var – Komitə sədri
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Pedaqoji profilli ali və orta ixtisas təhsil müəssisələrini bitirmiş 9,9 min nəfərdən çox gənc mütəxəssisin kənd məktəblərində işə cəlb olunması üçün yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədilə birdəfəlik ödənilmək üçün 2,1 milyon manat nəzərdə tutulub.

Trend xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, pedaqoji təhsilli gənclərin kəndlərə getməsi üçün təkcə təbliğat kifayət etmir, diqqəti cəlb edən güzəştlərə ehtiyac var.

“Hər il dağlıq rayonlarında şagirdlərin sayı azalır. Ailələr müxtəlif səbəblərdən kəndləri tərk edir. Bununla bağlı köklü qərarların qəbul edilməsinə ehtiyac var. Pedaqoji təhsilli gənclərin kənd rayonlarına göndərilməsinə mane olan səbəblər aradan qaldırılmalıdır”, - deyə A.İsgəndərov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti