Bakı. Trend:
Azərbaycanın rəqəmsal potensialına inanırıq və investisiyaları artırmaqda qərarlıyıq.
Bunu Trend-ə bu gün Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumu çərçivəsində "Mastercard"ın Şərqi Avropa, Yaxın Şərq və Afrika regionunda Xidmətlərin İnkişafı üzrə Baş mütəxəssisi Kutay Ak müsahibəsində deyib.
O, "Mastercard" olaraq Azərbaycanın maliyyə və rəqəmsal sektoruna dair fikirlərini bölüşüb: "Mastercard" olaraq Azərbaycana investisiya qoymağa davam edirik. Ölkənin böyük rəqəmsal potensialına inanırıq. Uzun illərdir bütün aparıcı brendlərlə əməkdaşlıq edirik və Azərbaycanın rəqəmsallaşma prosesinə ciddi dəstək vermişik. Qarşıda uzun, lakin çox perspektivli bir yol var. Biz bu yolculuqda Azərbaycanın yanında olmağa və rəqəmsal inkişafı sürətləndirən layihələrə imza atmağa davam edəcəyik".
'Mastercard" rəsmisi vurğulayıb ki, hazırda burada çoxsaylı yeni xidmət və məhsullarını təqdim edirlər: "Bunlara kibertəhlükəsizlik həlləri, idarəetmə konsaltinqi, eləcə də müxtəlif müştəri seqmentlərinə - yüksək gəlir qrupundan tutmuş subprime seqmentinə qədər – aid olan innovativ və inklüziv məhsullar daxildir. Yeni həllərimizlə Azərbaycan bazarını daha da genişləndirməyə davam edəcəyik".
O, "Mastercard"ın Azərbaycana investisiya yatırımlarından da danışıb: "Dəqiq rəqəmlər barədə yanlış yönləndirmə etmək istəmərəm. Bu barədə ən doğru məlumatı ölkə müdürümüz verə bilər. Lakin bir məqam tam bəllidir: "Mastercard" Azərbaycana çox inanır. Buradakı bazarın daha da böyüyəcəyinə və yeni mərhələyə keçəcəyinə əminik. Ona görə də illərdir ölkəyə güclü investisiya yatırırıq və bu yatırımların daha da artacağına heç bir şübhəm yoxdur".
Azərbaycanda nəqliyyat sektorunda "Mastercard" tətbiqi ilə bağlı isə nümayəndə bunları qeyd edib: "Tranzit sahəsi üzrə layihələrimiz mövcuddur. Yaxın dövrlərdə ictimai nəqliyyatda "Mastercard" kartlarından istifadə etməklə gediş haqqının ödənilməsi üzrə Azərbaycanın müvafiq qurumları arasında danışıqlar aparırıq".
"Mastercard" olaraq əlavə dəyər yaradan xidmətlər üzrə müxtəlif həllərin Azərbaycanda tətbiqini həyata keçiririk. Məsələn, "advanced" analitika, hədəflənmiş analitika həlləri, fərdi (bespoke) idarəetmə konsaltinqi xidmətlərimiz artıq tərəfdaşlarımız üçün əlçatandır. Bundan əlavə, bizim “on-behalf marketing services” adlandırdığımız xüsusi marketinq platformamız var və tərəfdaşlarımıza bu istiqamətdə dəstək göstəririk. Təhlükəsizlik həlləri vertikalında isə, xüsusilə kiberəhlükəsizlik xidmətləri vasitəsilə Azərbaycanın iqtisadiyyatına töhfə verməyi hədəfləyirik", - deyə Kutay Ak fikirlərini yekunlaşdırıb.
