...

Azərbaycanda "AzQr" standartı təsdiqlənməkdədir - Vüsal Xəlilov

İqtisadiyyat Materials 19 Noyabr 2025 09:54 (UTC +04:00)
Azərbaycanda "AzQr" standartı təsdiqlənməkdədir - Vüsal Xəlilov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Artıq "AzQr" standartı ölkə üzrə təsdiqlənməkdədir.

Trend xəbər verir ki, bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunda deyib.

Onun sözlərinə görə, bu standart imkan verəcək ki, həm regionlarda, həm də mərkəzdə subyektlərin nağdsız ödənişlərin qəbul edilməsi daha da asanlaşsın: "Eyni zamanda ödənişlərin xərci azalacaq.

Ümumilikdə, bu keçid yalnız maliyyə institutlarının deyil, eyni zamanda sahibkarların da xərclərini ciddi şəkildə azaltmağı hədəfləyir".

"Biz Mərkəzi Bank olaraq, bu dəyişiklikləri və dinamikanı nəzərə alaraq, nəzarət mexanizmlərimizi təkmilləşdiririk. Strategiyamıza əsasən, bu, risk əsaslı nəzarətə keçidi ifadə edir. Bu keçidi reallaşdırmaq üçün bir sıra texnoloji həllər tətbiq edir və həmin həllərin maliyyə institutları tərəfindən də istifadəsinə çalışırıq", - sədr müavini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti