Bakı. Trend:
Türkiyə millisinin futbolçusu Salih Özcan karyerasını ölkəsində davam etdirə bilər.
Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi “Fənərbaxça” və “Qalatasaray”dan gələn təklifləri gözdən keçirəcək.
İstanbul təmsilçiləri Özcanın transferini qışda reallaşdırmağı planlaşdırır. Onun “Borussiya” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
“Köln”, “Holşteyn Kiel”, “Volfsburq” klublarında da oynamış Salih 2022-ci ildən “Borussiya”nın formasını geyinir.