Bakı. Trend:
Kosovanın Avropa İttifaqına (Aİ) üzvlük müraciəti Avropa Komissiyası tərəfindən işlənməlidir.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Kosova Prezidenti Vjosa Osmani bildirib.
Osmani qeyd edib ki, Kosovo 15 Dekabr 2022-ci ildən etibarən üzvlük üçün müraciət edib və o zamandan bəri prosesin başlanmasını gözləyir.
O vurğulayıb ki, Kosova Qərb Balkan regionundakı digər ölkələrlə müqayisədə kifayət qədər irəliləyiş əldə edib, lakin Aİ tərəfindən bu irəliləyişə müvafiq addım atılmayıb.