Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp bildirib ki, 2025-ci ilin sonuna qədər ölkə iqtisadiyyatına yönələn investisiyaların həcmi 20–21 trilyon dolları aşa bilər.
Trend xəbər verir ki, o, bunu Ağ Evdəki çıxışı zamanı səsləndirib.
Trampın sözlərinə görə, son doqquz ayda ABŞ-a 17 trilyon dollardan artıq vəsait yatırılıb və bu məbləğ hazırda “demək olar ki, 18 trilyon dollara yaxınlaşıb”.
“Ola bilsin ki, ilin sonunadək ölkəmizə təxminən 20–21 trilyon dollar investisiya daxil olacaq. Bu, indiyədək hər hansı ölkəyə edilən ən böyük investisiyanı on dəfələrlə üstələyir. Bunun əsas səbəbi bizim tətbiq etdiyimiz rüsumlardır”, – Tramp qeyd edib.