Bakı. Trend:
"Qarabağ" yatağında ilin sonunadək tammiqyaslı işlər proqramını yekunlaşdırmağı planlaşdırırıq.
Trend xəbər verir ki, bunu BP şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Posttravmatik stres pozuntusu (PTSP) hallarında Koqnitiv İşlənmə Terapiyası” kitabının təqdimatı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, proqram yekunlaşdıqdan sonra növbəti ildə artıq seysmik tədqiqatlara başlanılacaq:
"Eyni zamanda gələn il ərzində seysmik təqdimatları həyata keçirdikdən sonra yatağın gələcək işlənməsi ilə bağlı konkret konspesiya və planları açıqlayacağıq. "Qarabağ" yatağının işlənməsi konspesiya təsdiqləndikdən sonra oradan təkcə neft deyil, həm də qaz əldə ediləcək".
