...

ABŞ dövlət katibinin müavini Ermənistanda “Tramp marşrutunu” müzakirə edəcək

Dünya xəbərləri Materials 17 Noyabr 2025 10:24 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin dövlət katibinin müavini Elison Huker Ermənistanda rəsmi səfərdədir.

Trend erməni KİV-ə istinadən xəbər verir ki, o keçirəcəyi görüşlərdə Ermənistan rəhbərliyi ilə “Tramp marşrutunu” və Ermənistan-Türkiyə münasibətlərini müzakirə edəcək.

Məlumata görə, İrəvanda amerikalı diplomatı Ermənistan baş naziri Nikol Paşinyan, XİN rəhbəri Ararat Mirzoyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Türkiyə ilə danışıqlar prosesindəki xüsusi nümayəndə Ruben Rubinyan qəbul edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti