...

Azərbaycan millisi seçmə mərhələnin son oyununda Fransa ilə qarşılaşacaq

İdman Materials 16 Noyabr 2025 12:37 (UTC +04:00)
Azərbaycan millisi seçmə mərhələnin son oyununda Fransa ilə qarşılaşacaq

Bakı. Trend:

Futbol üzrə Azərbaycan milli komandası 2026-cı il dünya çempionatının (DÇ-2026) seçmə mərhələsində bu gün sonuncu oyununu keçirəcək.

Trend-in məlumatına görə, D qrupunda mübarizə aparan komanda Bakıda Fransa yığması ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq. Matçı latviyalı FIFA referisi Andris Treymanis idarə edəcək.

Qeyd edək ki, 13 xalı olan Fransa millisi DÇ-2026-nın final mərhələsinə vəsiqəni təmin edib. Azərbaycan yığması isə 1 xalla 4-cü pillədə qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti