...

Azərbaycanda pambıq mahlıcı istehsalı artıb

İqtisadiyyat Materials 15 Noyabr 2025 21:51 (UTC +04:00)
Azərbaycanda pambıq mahlıcı istehsalı artıb

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 55,96 min ton pambıq mahlıcı istehsal edilib.

Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,7 % çoxdur.

Bu il noyabr ayının 1-nə ölkədə 15,94 min ton hazır məhsul ehtiyatı olub.

2024-cü ildə Azərbaycanda 73 min ton pambıq mahlıcı istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 9,9 % azdır.

Xəbər lenti

Xəbər lenti