Azərbaycan regionlararası əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayır - Tokayev

Siyasət Materials 16 Noyabr 2025 10:41 (UTC +04:00)
Azərbaycan regionlararası əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayır - Tokayev
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Daşkənd. Trend:

Azərbaycan regionlararası əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayır.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxışı zamanı bildirib.

Dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyevi salamlayıb və Azərbaycanın formata tamhüquqlu üzv kimi qoşulmaq qərarını tarixi adlandırıb.

Qazaxıstan Prezidenti əmin olduğunu bildirib ki, Bakı yeni statusunda regional əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə verəcək.

Qasım-Jomart Tokayev dövlət başçılarının məşvərət görüşlərinin səmərəliliyini sübut etdiyini vurğulayıb.

"Mərkəzi Asiya hazırda böyük transformasiya dövrünü yaşayır. Sərhədlərin bağlı olması və təcrid günlərinin geridə qaldığını söyləmək olar. Birgə səylər nəticəsində əldə edilən regionun daxili birliyi ölkələrimiz üçün inkişaf və beynəlxalq əməkdaşlıq üçün geniş üfüqlər açır. Regionun qlobal proseslərdəki mühüm rolu aparıcı ölkələr tərəfindən qəbul edilir. Bu fonda "Mərkəzi Asiya Plus" formatına maraq artır. Əsas beynəlxalq tərəfdaşlarla keçirilən son sammitləri nəzərə alsaq, cari il bu baxımdan göstəricidir. Mənim fikrimcə, belə bir tərəfdaşlığın əsas məqsədləri regionda sabitliyi gücləndirmək və ölkələrimizin və xalqlarımızın rifahını və çiçəklənməsini təmin etməklə davamlı tərəqqi üçün şərait yaratmaqdır. Məqsədimiz Mərkəzi Asiyanın dinamik sosial-iqtisadi inkişaf, hərtərəfli əməkdaşlıq, sülh və rifah regionu kimi statusunu gücləndirməkdir", - deyə Qazaxıstan Prezidenti bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti