...

Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü quracağıq - Şavkat Mirziyoyev

Siyasət Materials 16 Noyabr 2025 10:41 (UTC +04:00)
Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü quracağıq - Şavkat Mirziyoyev
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Daşkənd. Trend:

Biz Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü quracağıq.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu gün Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə deyib.

Bu görüşdə Özbəkistan Prezidenti Azərbaycanın Mərkəzi Asiya üzrə Məşvərət Görüşlərində tamhüquqlu iştirakçı statusu aldığını elan etdi.

"Azərbaycan və Özbəkistanı ortaq tarix, qohumluq bağları və mənəvi və mədəni yaxınlıq dərin şəkildə birləşdirir. Bu cür görüşlər münasibətlərə güclü təkan verir, ticarət, iqtisadi, investisiya, mədəni və humanitar əməkdaşlığın genişləndirilməsi, eləcə də davamlı inkişaf üçün vahid həllərin hazırlanması üçün yeni üfüqlər açır.

Mahiyyətcə, biz Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü quracağıq və şübhəsiz ki, hər iki bölgənin strateji qarşılıqlı əlaqəsini və dayanıqlığını gücləndirəcək vahid əməkdaşlıq məkanının formalaşması istiqamətində çalışacağıq", - deyə o bildirib.

Mirziyoyev bu vacib qərarı qəbul etdiklərinə görə bütün həmkarlarına təşəkkür edib və Prezident İlham Əliyevi məşvərət görüşünə tamhüquqlu iştirakçı kimi qatılması münasibətilə təbrik edib.

Xəbər lenti

Xəbər lenti