Bakı.Trend:
Naxçıvanın tanınmış heykəltəraşı və rəssamı, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Elman Cəfərov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.
Trend xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, o, 1951-ci il 5 iyul tarixində Naxçıvan şəhərində anadan olub.
Elman Cəfərov heykəltəraşlıq və rəngkarlıq sahəsində yaratdığı monumental əsərləri, həmçinin pedaqoji fəaliyyəti ilə tanınıb.
Elman Cəfərovun müəllifi olduğu “Babək”in atlı heykəli, “Dədə Qorqud” heykəlinin ilkin variantı, bir sıra görkəmli şəxsiyyətlərin büst və barelyefləri, eləcə də çoxsaylı rəngkarlıq əsərləri ölkəmizin sənət xəzinəsində mühüm yer tutur.
