Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 57,6 min ton mazut istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 30,7 min ton və ya 2,1 dəfə çoxdur. 2024-cü ilin eyni dövründə cəmi 26,9 min ton mazut istehsal olunmuşdu.
Bu ilin noyabrın 1-nə ölkədə hazır məhsul ehtiyatı 0,6 min ton təşkil edib.
Qeyd edək ki, ölkədə 2025-ci ilin yanvar-oktyabr aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4,563 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz artıb.
