...

Benksinin rəsmini oğurlayan şəxs 13 ay müddətinə həbs olunub

Dünya xəbərləri Materials 15 Noyabr 2025 06:27 (UTC +04:00)
Benksinin rəsmini oğurlayan şəxs 13 ay müddətinə həbs olunub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

London qalereyasından küçə rəssamı Benksinin “Şarla qız” rəsmini oğurlayan kişi 13 ay müddətinə həbs cəzasına məhkum edilib.

Trend xəbər verir ki, Skotland Yard açıqlama yayıb.

9 oktyabrda Bekton sakini, 49 yaşlı Larri Freyzer məhkəmədə soyğunçuluq ittihamı ilə bağlı günahını etiraf edib. Cinayət 8 sentyabr 2024-cü ildə baş verib və Freyzer iki gün sonra həbs olunub.

Təxminən 270 min funt sterlinq (355 min dollar) dəyərində olan rəsim Londonun mərkəzindəki “Grove” qalereyasına qaytarılıb.

Qeyd olunur ki, kimliyini uzun illər gizli saxlayan Benksi dövrümüzün ən məşhur küçə rəssamlarından biridir. O, “Şarla qız” əsərini 2002-ci ildə qrafiti kimi yaradıb və sonradan bu mövzuya əsaslanan bir neçə rəsm və çap əsəri hazırlayıb.

Xəbər lenti

Xəbər lenti