Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4,563 milyard manat olub.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz artıb.
Dövr ərzində neft məhsullarından mazut istehsalı 2,1 dəfə, neft koksunun istehsalı 10,1 faiz, qazoylların (dizel yanacağının) istehsalı 7,2 faiz, ağ neft istehsalı 4,9 faiz artıb, neft bitumu istehsalı 9,8 faiz, sürtkü yağları istehsalı isə 45,6 faiz azalıb.
