...

Azərbaycanda xam neft hasilatı azalıb

İqtisadiyyat Materials 14 Noyabr 2025 16:44 (UTC +04:00)
Azərbaycanda xam neft hasilatı azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 23,043 milyon ton xam neft (qaz kondensatı daxil olmaqla) hasil edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 milyon ton və ya 4,6% azdır.

Dövr ərzində xam neft hasilatının 22,988 milyon tonunu əmtəəlik xam neft təşkil edib ki, bu da bir il əvvəlki göstərici ilə müqayisədə 1,1 milyon ton və ya 4,6% azdır.

Qeyd edək ki, hesabat dövründə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 32 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,1 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti