Bakı. Trend:
Hesab edirik ki, ABŞ prezidentinin iştirakı ilə Ermənistan və Azərbaycan arasında qurulmuş sülh, regionun inkişafına töhvə verəcək. Bizim region həqiqətən sülh kəsişməsinə çevriləcək.
Trend xəbər verir ki, bunu Gürcüstanda rəsmi səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan gürcü həmkarı Maka Boçorişvili ilə görüşdən sonra keçilən birgə mətbuat konfransında bildirib.
Diplomat 8 avqusta Vaşinqtonda əldə olunmuş tarixi razılaşmanın Cənubi Qafqazda sülh üçün vacib addım olduğunu vurğulayıb.
Ermənistan XİN rəhbəri eyni zamanda Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb. O, görüşdə Ermənistanla Azərbaycan arasında yekun sülh sazişinin imzalanması ilə bağlı danışıqların aparıldığını vurğulayıb.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında əldə olunan Vaşinqton razılaşması artıq bir sıra praktiki nəticələr gətirib.
