...

Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri ilə nəqletmə artıb

İqtisadiyyat Materials 14 Noyabr 2025 15:37 (UTC +04:00)
Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri ilə nəqletmə artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-oktyabr aylarında Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri ilə 19,136 milyard kubmetr qaz ötürülüb.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri ilə qaz nəqli ötən ilin eyni dövrü ilə müqayisədə 304,9 milyon kubmetr və ya 1,6% artıb.

Ümumilikdə, hesabat dövründə magistral qaz kəmərləri ilə 33,011 milyard kub-metr qaz nəql edilib və 2024-cü ilin yanvar-oktyabr aylarına nisbətən 0,5 faiz artım müşahidə olunub. Qazın nəqlinin 58,0 faizi BakıTbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti