...

Mbappe Azərbaycan-Fransa matçında bu səbəbdən iştirak edə bilməyəcək

Dünya xəbərləri Materials 14 Noyabr 2025 17:17 (UTC +04:00)
Mbappe Azərbaycan-Fransa matçında bu səbəbdən iştirak edə bilməyəcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyanın “Real” klubunda çıxış edən Fransa millisinin kapitanı, fransız hücumçu Kilian Mbappe zədələndiyi üçün 2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsində Azərbaycanın milli komandasına qarşı keçiriləcək səfər oyununu buraxacaq.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Mbappe 16 noyabrda keçiriləcək matçda sağ topuq nahiyəsindəki zədəyə görə iştirak edə bilməyəcək.

Qeyd edək ki, Fransa millisi son oyunda Ukrayna komandasını 4:0 hesabı ilə məğlub edərək yarışın final mərhələsinə vəsiqə qazanıb. Seçmə mərhələnin başa çatmasına bir tur qalmış fransızlar 13 xal toplayaraq D qrupuna başçılıq edir. İkinci pillədə 7 xalla İslandiya millisi, onun ardınca isə Ukrayna (7 xal) və Azərbaycan (1 xal) yığmaları qərarlaşıb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti