Bakı. Trend:
2025-ci ilin doqquz ayı ərzində ölkədə 77,7 min yeni iş yerləri açılıb.
Trend xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, bu dövrdə yaradılmış iş yerlərinin 91,4 faizi qeyri-dövlət sektorunda açılıb.
Yeni açılmış iş yerlərinin 75,9 faizi Bakı şəhərinin, 0,8 faizi Naxçıvan Muxtar Respublikasının, 23,3 faizi digər regionların, o cümlədən 7,2 faizi Abşeron-Xızı, 2,7 faizi Quba-Xaçmaz, 2,7 faizi Şəki-Zaqatala, 2,4 faizi Qarabağ, 1,9 faizi Gəncə-Daşkəsən, 1,5 faizi Şirvan-Salyan, 1,2 faizi Lənkəran-Astara, 0,9 faizi Şərqi Zəngəzur, 0,9 faizi Mərkəzi Aran, 0,8 faizi Qazax-Tovuz, 0,6 faizi Mil-Muğan və 0,5 faizi Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb. Yeni açılmış iş yerlərinin 9,1 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 89,8 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 0,7 faizi isə digər tədbirlər üzrə yaradılıb.