...

Əhalinin əczaçılıq məhsulları üzrə xərcləri 24%-dən çox artıb

İqtisadiyyat Materials 14 Noyabr 2025 13:00 (UTC +04:00)
Əhalinin əczaçılıq məhsulları üzrə xərcləri 24%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1,285 milyard manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 24,2% çoxdur.

Əczaçılıq məhsulları və tibbi ləvazimatlar üzrə ticarət dövriyyəsinin yekunda xüsusi çəkisi 2,4% təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 52,616 milyard manatlıq, o cümlədən 28,664 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 23,951 miolyard manatlıq qeyri-ərzaq malları satılıb.

2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaq malları üzrə 6,7 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti