...

Azərbaycanda əmtəəlik qaz hasilatı artıb

Energetika Materials 14 Noyabr 2025 16:40 (UTC +04:00)
Azərbaycanda əmtəəlik qaz hasilatı artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 42,128 milyard kubmetr təbii qaz hasil edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 503 milyon kubmetr və ya 1,2% çoxdur.

Dövr ərzində təbii qaz hasilatının 32,264 milyard kubmetrini əmtəəlik qaz təşkil edib ki, bu da bir il əvvəlki göstərici ilə müqayisədə 536,9 milyon kubmetr və ya 1,7% çoxdur.

Qeyd edək ki, hesabat dövründə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 32 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,1 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti