...

Hindistanda polis bölməsində partlayış baş verib

Dünya xəbərləri Materials 15 Noyabr 2025 03:55 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hindistanın şimalındakı Cammu və Kəşmir bölgəsində yerləşən Novgam polis bölməsində aparılan axtarış zamanı partlayış baş verib.

Trend “Hindustan Times” qəzetinə istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı səkkiz nəfər yaralanıb. Məlumata görə, partlayış polis əməkdaşlarının bölmənin içərisində axtarış apardığı vaxt baş verib.

Hadisə zamanı bölmədəki bir neçə nəqliyyat vasitəsinə də ziyan dəydiyi bildirilib.

Xəbər lenti

Xəbər lenti