...

Azərbaycan “AI-92” markalı benzini hansı ölkələrdən neçəyə alır və satır? - SİYAHI

İqtisadiyyat Materials 14 Noyabr 2025 11:45 (UTC +04:00)
Azərbaycan “AI-92” markalı benzini hansı ölkələrdən neçəyə alır və satır? - SİYAHI
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 3 ölkəyə (Əfqanıstan, Gürcüstan və Türkiyə) dəyəri 4,085 milyon ABŞ dolları olan 6,4 min ton mühərrik benzinləri, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az olan oktan ədədi ilə (“Aİ-92”) benzin ixrac edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Qeyd edilib ki, ötən ilin eyni dövründə Azərbaycandan xarici ölkələrə “Aİ-92” markalı benzin ixracı qeydə alınmayıb.

Dövr ərzində Azərbaycandan Əfqanıstana 1,631 milyon ABŞ dolları dəyərində 2,298 min ton, Gürcüstana 804 min ABŞ dolları dəyərində 1,093 min ton, Türkiyəyə isə 1,650 milyon ABŞ dolları dəyərində 3,065 min ton “AI-92" markalı benzin ixrac edilib.

2025-ci ilin ilk doqquz ayında Azərbaycanın “Aİ-92” markalı benzin satdığı ölkələr:

Ölkələr

Miqdar (ton)

Məbləğ (min ABŞ dolları)

Əfqanıstan

2297,68

1631,35

Gürcüstan

1093,57

803,77

Türkiyə

3065,74

1650,06

Eyni zamanda bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 3 ölkədən dəyəri 64,396 milyon ABŞ dolları olan 83 min ton mühərrik benzinləri, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az olan oktan ədədi ilə (Aİ-92) benzin idxal edilib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsində 4,8 min ton və ya 5,4%, dəyər baxımından isə 13,3 milyon ABŞ dolları və ya 17,1% azdır.

2025-ci ilin ilk doqquz ayında Azərbaycanın “Aİ-92” markalı benzin idxal etdiyi ölkələr:

Ölkələr

Miqdar (ton)

Məbləğ (min ABŞ dolları)

Belarus

14496,86

12610,53

Rusiya

64834,47

48806,75

Rumıniya

3670,04

2978,6

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1,081 milyon ton avtomobil benzini istehsal edilib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,8 min ton və ya 1% çoxdur. Ötən ilin ilk 9 ayında ölkədə 1,070 milyon ton avtomobil benzini istehsal olunmuşdu.

Bu ilin oktyabrın 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı 62,2 min ton təşkil edib.

Ümumilikdə hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4,047 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,4% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti