...

ABŞ Almaniyaya raket satışı planını təsdiqləyib

Dünya xəbərləri Materials 15 Noyabr 2025 02:17 (UTC +04:00)
ABŞ Almaniyaya raket satışı planını təsdiqləyib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Almaniyaya SM-6 Block I və SM-2 Block IIIC raketlərini, eləcə də onların buraxılış qurğularını və digər əlaqəli komponentləri təxminən 3,5 milyard dollar dəyərində satmağı planlaşdırır.

Trend xəbər verir ki, bu barədə Pentaqonun beynəlxalq hərbi-texniki əməkdaşlıq və xaricə silah satışı üzrə məsul direktorluğu məlumat yayıb.

Bildirilib ki, Dövlət Departamenti sözügedən müqaviləni artıq təsdiqləyib. İndi son qərar ABŞ Konqresinə məxsusdur, lakin qanunverici orqanın bu satışa mane olacağı gözlənilmir.

Müqavilə bildirişinə əsasən, Berlin ümumilikdə 173 ədədə qədər SM-6 Block I və 577 ədədə qədər SM-2 Block IIIC raketi almaq istəyib. Bununla yanaşı, Almaniyaya MK-21 Mod 3 və MK-13 Mod 1 buraxılış qurğularının da təhvil verilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti