...

Şirvanda zavodda qəza: ölən var

Hadisə Materials 14 Noyabr 2025 15:26 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Şirvanda zavodda qəza baş verib.

Trend xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu gün günorta saatlarında "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin strukturuna daxil olan "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat qəzası qeydə alınıb.

Qəza nəticəsində müəssisənin əməkdaşı İsmayılov Adil Balaş oğlu həlak olub.

Hazırda aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti