...

Bu ilin on ayında kənd təsərrüfatının ümumi məhsulu 12,5 milyard manata çatıb

İqtisadiyyat Materials 14 Noyabr 2025 16:45 (UTC +04:00)
Bu ilin on ayında kənd təsərrüfatının ümumi məhsulu 12,5 milyard manata çatıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

2025-ci ilin yanvar-oktyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 12529,4 milyon manat təşkil edib.

Trend xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 12529,4 milyon manatın 6079,9 milyon manatı heyvandarlıq, 6449,5 milyon manatı bitkiçilik məhsullarının payına düşür.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,0 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 0,4 faiz, bitkiçilik məhsulları üzrə isə 1,5 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti