Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın Administrasiyası 2025-ci ilin əvvəlindən etibarən təxminən 50 min yeni işçi işə götürüb və bu rəqəmin əsas hissəsi ABŞ-nin Miqrasiya və Gömrük Nəzarəti Xidmətinin payına düşüb.
Trend xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ hökumətinin Kadr Xidmətinin rəhbəri Skott Kupor açıqlama verib.
Onun sözlərinə görə, yeni işçilərin işə qəbulu strukturu Tramp administrasiyasının əsas prioritetlərini əks etdirir. Onun fəaliyyətinin əsas istiqamətlərindən biri ABŞ-də qanunsuz miqrasiyaya qarşı mübarizədir.
Yeni işçilərin qəbul edilməsi, digər dövlət qurumlarında, məsələn, ABŞ-nin Səhiyyə və Sosial Xidmətlər Nazirliyi və Vergi İdarəsində işə qəbulun dayandırıldığı bir vaxtda baş verir.
Bu ilin avqust ayında Kupor ilin sonuna qədər federal orqanlarda 300 min dövlət qulluqçusunun ixtisarının gözlənildiyini bildirmişdi.
